Tehran Fond Birjası İran prezidenti İbrahim Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırmaq qərarına gəlib.
Ednews TASS-a istinadən xəbər verir ki, bu barədə birjanın Direktorlar Şurasının üzvü Reza Eyvazlu məlumat verib.
"Fond Birjası bu gün və rəsmi bildiriş gələnə qədər yaxın bir neçə gün ərzində bağlı olacaq", - deyə o bildirib.