İsveçdə Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunan konfrans keçirilib

Cəmiyyət 18:39 24.05.2024

İsveçdə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Bu barədə Ednews-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, İsveçdəki “Qobustan” Aydınlar ocağının təşkilatçılığı ilə Stokholmda keçirilən konfransda bu ölkədə fəaliyyət göstərən müxtəlif dərnək və icmaların təmsilçiləri ilə yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, Stokholm ictimaiyyətinin nümayəndələri, M.Ə.Rəsulzadənin ailə üzvü Dr.Nazim Rəhimov, AMEA Şərqşünaslıq İnstitutunun professoru Solmaz Rüstəmova-Tohidi, BDU-nun professoru, jurnalist Qulu Məhərrəmli iştirak ediblər.

“M.Ə.Rəsulzadə irsi Azərbaycanın mədəni və ictimai fikir tarixində” mövzusunda keçirilən konfransı "Qobustan" Azərbaycan Aydınlar Ocağının sədri Səadət Kərimi açdıqdan sonra Azərbaycanın Dövlət Himni səslənib, Vətənimizin bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi yad edilib. Prezident İlham Əliyevin “M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması haqqında" sərəncamı oxunub.

Azərbaycanın İsveç Krallığındakı səfirliyinin müşaviri Cavanşir Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin əhəmiyyəti və rolu barədə məlumat verib. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Leyla Həmzəyeva çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamının Azərbaycanda Cümhuriyyətə olan diqqət və dəyərin təcəssümü olduğunu bildirib. 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar ölkədə və ölkə xaricində silsilə tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Cümhuriyyət qurucularının daim böyük hörmət və ehtiramla anıldığı, eyni zamanda Komitə tərəfindən Cümhuriyyət qurucularının varislərinin diqqətdə saxlanıldığı bildirilib. Qeyd edilib ki, bu gün xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gün böyük təntənə ilə bayram edilir.

Konfransda AMEA-nın Şərqşünaslıq institutunun əməkdaşı, professor Solmaz Rüstəmova-Tohidi iştirakçıların geniş marağına səbəb olan “Rəsulzadə və Azərbaycan milli dövlətçiliyi” mövzusunda məruzə ilə çıxış edib. Konfransda həmçinin “Rəsulzadənin virtual Ev-Muzeyi” videosu, xalq artisti Alim Qasımovun ifasında “Məhəmməd Əmin” musiqi parçası, həmçinin “Bütöv Azərbaycan” qısa filmi nümayiş etdirilib. Sonda Rəsulzadələr ailəsi adından çıxış edən Dr. Nazim Rəhimov elmi konfransın təşkilatçılarına öz təşəkkürünü bildirib.
Konfrans sual və təkliflər ilə yekunlaşıb.

"Haber Global"da Yekaterinburqda azərbaycanlılara qarşı vəhşiliklərlə bağlı müzakirələr təşkil olunub

Xəbər xətti

"Messini sevirəm" - Bred Pitt etiraf etdi
20:52 29.06.2025
Yayda dönər yemək təhlükəlidir?
20:37 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
20:22 29.06.2025
Yunan mətbuatı Miçotakisi tənqid atəşinə tutdu
20:10 29.06.2025
"Ermənistanda baş verənlərə qarışmırıq"
19:55 29.06.2025
Pirşağı qəsəbəsində baş verən yanğın söndürüldü -YENİLƏNİB
19:40 29.06.2025
Serbiyadakı etirazlar böyüyür: Onlarla saxlanılan var
19:37 29.06.2025
İyulun bəxtəvər bürcləri -Ulduzlar İyul ayı üçün nə deyir?
19:23 29.06.2025
Neft qiymətləri necə dəyişəcək? -Ekspert danışdı
19:08 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirildi
18:51 29.06.2025
Xəzərdə meyit tapılıb
18:45 29.06.2025
"Faşist Putin hakimiyyətini pisləyirik"
18:35 29.06.2025
Ən optimal yuxu pozası hansıdır?
18:22 29.06.2025
Bu markalı tozsoranlar partlayış təhlükəsi səbəbindən geri toplanılır
18:07 29.06.2025
"Rusiyada azərbaycanlılara qarşı törədilmiş bu hadisə cinayətdir"
17:53 29.06.2025
Böyük Britaniya tarixində ən böyük kokain partiyalarından biri müsadirə edildi
17:38 29.06.2025
"Klublararası dünya çempionatı indiyə qədər reallaşdırılmış ən pis ideyadır"
17:24 29.06.2025
Keyt Middleton ölümlə üz-üzəymiş
17:09 29.06.2025
Messi "PSJ"-dəki karyerasından danışdı: "Zövq almadığım iki il oldu..."
16:48 29.06.2025
Son bir ildə 64 məktəb bağlanıb -Ekspertlər nə düşünür?
16:33 29.06.2025
Sabah bəzi rayonlarda ildırım çaxacaq -Sabahın Hava Proqnozu
16:18 29.06.2025
NATO ölkələri bir ilə ABŞ silahlarına 21 milyard xərcləyib
16:03 29.06.2025
Qitələri birləşdirən enerji siyasəti
15:46 29.06.2025
Dünyanın ən qədim daşları tapıldı
15:31 29.06.2025
Ukrayna Silahlı Qüvvələrinin F-16-sı vuruldu
15:16 29.06.2025
Ayaz Səfərov da həbs edildi
15:08 29.06.2025
Kolumbiyada güclü torpaq sürüşməsi baş verib
15:01 29.06.2025
"İran Fars körfəzi ölkələrinin etimadını sarsıdıb"
14:46 29.06.2025
Atlantik okeanının dibində minlərlə radioaktiv tullantı konteyneri tapıldı
14:31 29.06.2025
"Tramp prezidentlik müddətinin dörddə birini qolf meydançasında keçirib"
14:16 29.06.2025
"Doppl nədir" və nəyə yarayacaq? -"Google" yeni tətbiqini test edir
13:57 29.06.2025
İsrailin zərbəsi nəticəsində Evin həbsxanasında 71 nəfər ölüb
13:38 29.06.2025
Hindistanda on milyonlarla insan uranla çirklənmiş su içir
13:23 29.06.2025
Peru ABŞ-dən deportasiya edilən miqrantları həbsxanalarına qəbul etməyəcək
13:08 29.06.2025
Göteborq limanında toksinlər və aqressiv birhüceyrəli növlər tapılıb
12:53 29.06.2025
PKK İraqdakı Türkiyə hərbçilərinə hücum etdi
12:38 29.06.2025
"Mitsubishi F-2" niyə "F-16"dan üstündür?
12:19 29.06.2025
Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edəcək
12:08 29.06.2025
Rusiya ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir
12:02 29.06.2025
"Rusiya qazından imtina qərarından ən çox Slovakiya zərər görəcək"
11:48 29.06.2025
Hamısı