“İkili vətəndaşlıq vətəndaşlığın əldə edilməsi və itirilməsi qaydası haqqındakı ayrı-ayrı dövlətlərin qanunvericiliyinin uyğun gəlməməsi nəticəsində baş verir”.
Bu fikirləri hüquqşünas Tural Həsənli Ednews-a açıqlamasında bildirib.
"Qan hüququ" prinsipini təsdiq edən dövlətlərin vətəndaşları olan valideynlərdən doğulan uşaqlar "Torpaq hüququ" prinsipini təsdiq edən ölkənin ərazisində ikili vətandaşlıq əldə edir və hər iki ölkənin vətəndaşı sayılır”.
Hüquqşünas qeyd edir ki, şəxsin Azərbaycan vətəndaşlığından başqa digər ölkədə də vətəndaşlığı varsa, bu halda onun Azərbaycan vətəndaşlığı qalır.
“Azərbaycan qanunvericiliyində onun yalnız Azərbaycan vətəndaşlığı əsas götürülür. Yəni, bizim ölkə üçün həmin şəxs Azərbaycan vətəndaşıdır. Heç bir formada ondan Azərbaycan qeydiyyatına düşmə tələb edilə bilməz. Və ya əcnəbi kimi yaşama icazəsi istənilə bilməz. Yanaşma bundan ibarətdir. Yəni, qanunun tələbi ondan ibarətdir ki, digər dövlətin vətəndaşlığını qəbul edən şəxs 1 ay müddətinə bu barədə yazılı məlumat verməlidir”.
O, əlavə olaraq bildirib ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
Aynurə İsmayıl