"Artromed" klinikasında Azərbaycan dilinə hörmətsizlik – ŞİKAYƏT

Cəmiyyət 10:30 29.05.2024

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti 34 ünvanında yerləşən "Artromed" klinikasında biabırçı hadisə baş verib.

Ednews-a şikayətini bildirən vətəndaş Almaz Nəsirova deyib ki, 7 yaşlı oğlu Hüseyn Nəsirzadəni "Artromed" klinikasına aparıb. Orada pediatr müayinəsindən keçən uşağı parazitoloq Alla Rüstəmovaya yönləndiriblər. 

Belə ki, qeydiyyat üçün həkim, parazitoloq Alla Rüstəmova uşağın ad soyadını bir neçə dəfə soruşub, yazıb, pozub. Azərbaycan dilini bilməyən həkim əsəbləşərək qışqırıb: - "Bu necə deməkdir, mən sizi başa düşmürəm" deyib. Ardınca Almaz Nəsirova təmkinli şəkildi bildirib ki, "necə başa düşmürsünüz, Nəsirzadə Hüseyn Ruslan oğlu", - deyərək qeydiyyat üçün adı 4-cü dəfə təkrar edib. Həkim Alla Rüstəmova uşağın üstünə qışqırıb. Qorxusundan anasına qısılan uşaq xəstəxanadan getmək istədiyini deyib. Həkim Alla Rüstəmova növbəti kobud hərəkəti edərək kağızları onların üstünə tullayıb. 

Şikayətçi Almaz Nəsirovanın sözlərinə görə, həkim Alla Rüstəmova müştərinin üstünə qışqıraraq onlardan rus dilində danışmasını tələb edib. Daha sonra o, xəstəxananın dəhlizində rus dilində söyüşlər söyərək təhqiramiz ifadələr işlədib. 

Qeyd edək ki, hadisə baş həkimin otağında baş verməsinə baxmayaraq həkim Alla Rüstəmovaya qarşı heç bir tədbir görülməyib. 

"Artromed" klinikası Baş həkiminin müavini Kamal Rəhimovla əlaqə yaratdıq. O, klinikada olan söz söhbətdən xəbərdar olduğunu dedi:

“Təhqir söhbəti olmayıb. Uşağın valideynindən ad-soyad Azərbaycan dilində soruşulub. Onlar da deyiblər. İkinci dəfə ad- soyadı yazılanda müəyyən anlaşılmazlıq olub. Mən demirəm, olmayıb. İnkar etmirəm. Səslərini qaldırıblar, amma təhqir söhbəti yoxdur. Valideyn həm Azərbaycan dilində, həm də rus dilində cavab verib. Bir tərəfi dinləyəndə, gərək ki, digər tərəfi də dinləyəsən. Burada həm bizim dildə, həm rus dilində söhbət olub. Alla xanım Azərbaycan dilində təmiz bilməsə də, ana dilimiz bilir”.

Araşdırmalar davam edəcək...

Oğuz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Hamısı