Tərtərdəki məzarlıqda 30 ildən çox naməlum döyüşçü kimi saxlanılan Osman Xəlifə oğlu Rəcəbovun da ruhu dinclik tapıb.
Ednews xəbər verir ki, Birinci Qarabağ müharibəsi şəhidi Osman Rəcəbovun nəşi bu gün saat 17-00-da doğulduğu Xaçmaz rayonunun Maqsudkənd ysşayış məntəqəsinə gətirilib.
Ata yurdunda şəhidin doğmaları onun nəşi ilə vidalaşdıqdan sonra cənazə kənd qəbiristanlığına aparılıb.
Osman Rəcəbovun ruhu hörmətlə anılıb, xatirəsinə hərbçilər yaylım atəşi açıblar.
Osmanın nəşinə bükülmüş üçrəngli Azəbaycan bayrağı böyük qardaşına təqdim olunub. Doğmaları illər sonra Osmanın qalıqlarının tapılaraq doğma kəndlərində basdırılmasında zəhməti olan rəsmi qurumların əməkdaşlarına təşəkkür ediblər.