Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Mərkəzdən Ednews-a verilən mlumata görə yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
Qeyd edək ki, səhər saatlarında müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.