“İllərdir Əkrəmlə danışmırdıq, gələndən 1-2 gün sonra ona zəng etdim”

Cəmiyyət 15:20 22.06.2024

“Vaxta görə, yaşa görə Anarla əvvəlki kimi tez-tez görüşmək mümkün olmasa da, cürbəcür tədbirlərdən-filandan başqa, ayda bir-iki dəfə zəngləşib, ikilikdə nahar edirik, söhbətləşirik. Neçə ildir ki, belə bir ənənə yaranıb. Mənim üçün çox xoş bir ənənədir. Təbii ki, Anar xəstəxanaya da tez-tez zəng edirdi, narahat idi, nigaran idi”. 

Ednews  xəbər verir ki, bunu Kulis.az-a müsahibəsində Xalq yazıçısı Elçin deyib. Türkiyədə aldığı müalicədən danışan yazıçı ora üç-dörd günlük müddətə, sadə bir əməliyyat üçün getdiyini, lakin qanında yaranan problemlə əlaqədar bunun qırx səkkiz gün çəkdiyini qeyd edib. 

Elçin xəstəxanada qaldığı günlərdə dostlarının tez-tez yadına düşdüyünü bildirib: “Əkrəmə Əylisli ilə bağlı bir söz deyim. O ay yarım ki, xəstəxanada qaldım, Əkrəm də yadıma düşürdü. Doğrusu, o anlarda onun indiki tənhalığı mənə pis təsir edirdi. Son zamanlar elə Bakıda da onunla bağlı belə bir hiss keçirirdim. Uzun sözün qısası, Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval tutmurduq, görüşmürdük, danışmırdıq. Ünsiyyətimiz yox idi. Xeyli söhbət etdik. Cavanlıq vaxtlarını yada saldıq, 1960-cı illərin ikinci yarısı, 70-ci illər…. Uşaqlardan, nəvələrdən danışdıq. Yazı-pozudan danışdıq. Düzünü deyim ki, elə bil, mənim çiynimdən hansısa bir yük götürüldü. Bu səmimi bir söhbət idi. Məndə xoş bir əhval, xoş bir ovqat yaratdı. Mənə elə gəlir ki, Əkrəm üçün də bu zəngləşmə, bu söhbət xoş bir hadisə oldu. Yəqin, səhv etmirəm”.

Xalq yazıçısı “Yüksək dövlət vəzifəsindəki bu iyirmi beş il yazıçı Elçinin yaradıcılığına necə təsir etdi?” sualına belə cavab verib: “Mənə tez-tez bu sualı verirlər. Mən də eyni cavabı verirəm. Sırf vaxt baxımından hərdən problem olurdu. Amma mahiyyət etibarilə problem olmayıb. Əksinə, yaradıcılıqla fəaliyyət bir-birini tamamlayıb. Bu mənada ki, o iyirmi beş ildə mən nə qədər insan taleyi ilə rastlaşmışam. Nə qədər sevinc də, kədər də görmüşəm. Nə qədər xoşbəxtliyin də, bədbəxtliyin də şahidi olmuşam. Ədəbiyyat da kimdən yazır və kim üçün yazır? Əlbəttə, insandan və insan üçün. Mən müstəqil Azərbaycan dövlətinin quruculuğunu, çox ciddi çətinliklərə sinə gərməsini, möhkəmlənməsini, dünya birliyi arasında get-gedə artan bir mötəbərliklə öz yerini tutmasını kənardan müşahidə etməmişəm. Mən bu tarixi prosesin iştirakçısı olmuşam, öz səlahiyyətlərim daxilində əlimdən gələni etmişəm.Yeri gəlmişkən deyim ki, Artur Rasizadə də xəstəxana günlərində tez-tez zəng edirdi, dəstək verirdi, bu qırx səkkiz gün uzunluğunu arada bir zarafata da salırdı…”

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı