“Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə üzrə təlimlər keçirilib - FOTOLAR

Cəmiyyət 09:31 01.07.2024

28-29 iyun tarixində Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi “Mina/PHS hadisələrinin və onun təsirlərinin azaldılmasına dəstək” adlı layihə çərçivəsində təlim keçirilib.

Ednews xəbər verir ki, təlimdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin sədri Nadir Cəfərov, təlimçi Şahin Quliyev, təlimçi Vaqif Sadıqov və minadan zərərçəkənlər iştirak edib. Tərtər rayonundan dörd nəfər minazərərçəkən şəxslər isə zoom vasitəsilə təlimə qatılıbılar. 

Təlimdən öncə Vətən şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Rey Kərimoğlu təlimi giriş nitqi ilə açıb və layihə haqqında danışıb:

“Biz layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 10 rayon və şəhərdə (Füzuli, Beyləqən, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt) siyahısını müəyyənləşdirib dəqiqləşdirəcəyik. Sonra adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İNİSMA agentləri sorğular keçiriləcək. Toplanacaq məlumatlar  mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Xüsusi ilə qeyd edim ki, biz layihənin icrası zamanı Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) müəyyənləşdirdiyi prioritetlər nəzərə alacağıq. Onu da vurğulayım ki, sonuncu dəfə bu iş bütün ölkə üzrə 2004-2005-ci illərdə ANAMA-nın rəhbərliyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu və bir neçə digər tərəfdaş QHT tərəfindən həyata keçirilib. Amma bildiyiniz kimi, o vaxtdan 20 il keçib. Onlar arasında dünyasını dəyişənlər var, eyni zamanda ehtiyacları da dəyişib. Digər tərəfdən 2005-ci ildən üzü bəri 2016-cı ildə aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən Müharibəsi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları olub. Xeyli insan minadan zərər çəkib. Təkcə 2020-ci ildə 44 günlük Vətən Müharibəsindən sonra 363 nəfər minadan zərər çəkib”.

Sonra Nadir Cəfərov fikirlərini bildirib. O, əvvəlcə Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin belə bir layihəyə başladığı üçün təqdir edib:

“QHT Agentliyinin də bu layihəyə dəstək verməsinə görə təşəkkür edirəm. Layihə ANAMA tərəfindən 2004-cü ildə 4 qeyri-hökumət təşkilatı başda BAMF olmaq şərtilə respublika üzrə qeydiyyat minadan zərər çəkənlərin ehtiyaclarının öyrənilməsi məqsədilə bütün respublika üzrə qeydiyyata başladı. O cümlədən bizim təşkilat 15 rayonda fəaliyyət göstərdi. İndi 20 il keçib və müəyyən məsələlər də dəyişikliklər olub. Layihəyə uğurlar arzu edirəm. Maksimum çalışıb layihənin həyata keçirilməsində dəstək verəcəyik”.

Təlim 2 günlük keçirilib. “Minalardan zərərçəkənlərin ictimai bərpası və reinteqrasiyası üçün ehtiyaclarının öyrənilməsi üzrə sorğu forması” və “Mina/PHS hadisəsi və zərərçəkən barədə hesabat” adlı təlimlər həyata keçirilib. Təlimlə bağlı minadan zərərçəkənlərə maarifləndirici məlumatlar verilib. 

Layihənin əsas məqsədi Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən mina/PHS hadisəsindən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsidir. 

Layihə çərçivəsində təlim görmüş şəxslər sorğular keçirəcək. 

Qeyd edək ki, layihədə çalışanlar əsasən minadan zərərçəkənlərin özləridir.

ar.jpg

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı