2-ci Şuşa Qlobal Media forumunun iştirakçıları olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev, “Əl-Cəzirə”nin əfsanəvi jurnalisti Sami Əlhac, Media Şəbəkəsinin Baş direktoru Mostefa Souaq, Baş direktorunun ofis meneceri Ömər Cəlal Əl Baluşi, İngilis kanalının xəbərlər müdiri Salah Nejm, İngilis kanalının produseri Aysəba Umutlu, Media İnstitutunun direktoru xanım Eman əl Əmri, Araşdırmalar Mərkəzinin Media Tədqiqatları şöbəsinin rəhbəri Məhəmməd Erraji, Araşdırmalar Mərkəzinin Tədqiqat Meneceri Ezzedin Abdelmola, “Əl-Cəzirə”-nin "Sanad" Agentliyinin Rəqəmsal Xəbərlərin Toplanması və Təsdiqinin rəhbəri Əmr Elkazaz və “Mail and Guardian” (M&G) qəzetinin baş icraçı direktoru Tembisa Fakude artıq Şuşaya getmək üçün Füzuliyə yola düşüblər.
Qeyd edək ki, 50-ə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayacaq.
Ednews videonu təqdim edir: