Bakı şəhərinin Səbail rayonunda yanğın olub.
Ednews xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat yayılıb.
Bildirilir ki, bir dam altında tikilən ümumi sahəsi 400 m² olan müxtəlif təyinatlı obyeklərdən sahəsi 100 m² olan taxta sexinin tavanı 5 m² sahədə, taxta materiallar 20 m² sahədə və divardan keçən elektrik kabeli 3 p.m yanıb.
Sexin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.