Azərbaycanda son 2 ildə minadan əziyyət çəkən 172 nəfərə dəstək göstərilib.
"EDnews" xəbər verir ki, bunu Respublika Reabilitasiya Mərkəzinin direktoru Nabat Abdulova "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib. O qeyd edib ki, mina terrorundan əziyyət çəkən şəxslərin özləri ilə yanaşı, onların ailə üzvlərinə də dəstək göstərilir:
"Qeyd etdiyim müddət ərzində 109 nəfərə ambulator yardım göstərilib. Hazırda minadan əziyyət çəkən 111 nəfər qeydiyyata alınıb və onların 91 nəfərinə əlillik təyin edilib".