Müdafiə Nazirliyinin sabiq mətbuat katibi vəfat etdi

Cəmiyyət 09:03 19.06.2025

Azərbaycan Müdafiə Nazirliyi Mətbuat xidmətinin keçmiş rəisi polkovnik-leytenant, şair-publisist Ramiz Məlikov (Duyğun) uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə “EDnews” -a mərhumun yaxınları bildiriblər.

Ramiz Məlikov bu gün - 19 iyun 2025- ci ildə 87 yaşında dünyasını dəyişib.

Ramiz Məmməd oğlu Məlikov 1938-ci il fevralın 10-da keçmiş Əli Bayramlı (indiki Şirvan) rayonundakı Güdəcühür kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (1956-1962) təhsil alıb. Şimali Qafqaz hərbi dairəsində müəyyən kurs keçdikdən sonra Belorus hərbi dairəsində (1962-1971), sonra Zaqafqaziya hərbi dairəsində (1971-1978) xidmət edib. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun xüsusi hazırlıq kafedrasında müəllim (1978-1985), şöbə rəisi (1985-1990) olub.

Ramiz Duyğun təxəllüsü ilə həm də şeirlər yazan polkovnik Müdafiə Nazirliyinin mətbuat xidmətinə düz 12 ildən artıq müddətdə rəhbərlik edib. Uzun illər eks-müdafiə naziri Səfər Əbiyevlə çalışan R.Məlikov 2007-ci ilin aprelində elə onun tərəfindən vəzifəsindən çıxarılıb. Amma mətbuat katibi postunu itirən Ramiz Məlikov sonradan müdafiə naziri Səfər Əbiyevin əmri ilə Müdafiə Nazirliyinin İnformasiya İdarəsindəki şöbələrdən birinə işə götürülüb. Daha sonra təqaüdə çıxıb.

R.Məlikov "Vətən-beşiyim mənim" (1985) oçerklər məcmuəsinin tərtibçilərindən və müəlliflərindən biridir. "Əbədiyyətdən gələn məktub" mənzum pyesi mavi ekranda nümayiş etdirilib (1977). "Ağ atlı oğlanın nağılı (iki hissəli) ssenarisi əsasında sənədli film çəkilib (1985). Azərbaycan Ensiklopediyasında "Xatirə" kitabı redaksiyası rəhbərinin müavini vəzifəsində işləyib (1989-1991).
Ramiz Duyğun bir çox kitabların müəllifidir. "Vətən kimi şirin", "Göy üzü damar-damar", "Haray dünya!", "Silkələn torpağım, püskür torpağım", "Şuşa məni çağırır", "Təki Vətən yaşasın", "Məni döyüşə burax" kitablarını buna misal göstərmək olar.

R.Məlikov vaxtilə həm də Azərbaycan televiziyasında uzun illər apardığı "Hünər" hərbi-vətənpərvərlik proqramı ilə də yaddaşlarda qalıb.

Allah rəhmət eləsin. 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Osimhen transferi nə vaxt elan ediləcək? - "Qalatasaray" rəsmisi açıqlama verdi
16:35 09.07.2025
Əraqçı Səudiyyə şahzadəsini region üçün misilsiz təhlükə barədə xəbərdar etdi
16:20 09.07.2025
"Ukraynadakı münaqişənin həlli üçün diplomatik imkanlar tükənib"
16:05 09.07.2025
Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
"Moskva Bakı ilə hüquq-mühafizə orqanları xətti ilə əlaqə saxlayır"
14:55 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Rəsmi Bakı İranın Ermənistandakı səfirinə cavab verdi
13:24 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Hamısı