Azərbaycanın tanınmış alpinisti və dağ bələdçisi Sirxan Məmmədov infarkt keçirib.
EDnews xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər. Bildirilib ki, Sirxan Məmmədov yaxın günlərdə infarkt keçirərək xəstəxanaya yerləşdirilib.
Həkimlərin müdaxiləsi nəticəsində ona üç stent yerləşdirilib. Hazırda alpinistin səhhətinin tədricən yaxşılaşdığı qeyd olunur.







