"Eurasia diary" xarici KİV - ə istinadən məlumat verir ki, Avropa İttifaqı qeyri-leqal miqrasiyaya qarşı mübarizədə sərhədlərin mühafizəsini gücləndirəcək.
Qeyd edək ki, Avropa Birliyinin Brüsseldəki sammitinə qatılanlar bu barədə birgə razılığa gəliblər.
Habelə, Aİ üzvü olan 28 ölkənin qəbul etdiyi qərarda qeyd edilir ki, qeyri-leqal miqrantların, xüsusilə, Afrikadan gələnlərin sayını azaltmaq üçün daha çox səy göstərmək lazımdır. Aİ hesab edir ki, işçi heyətinin və texnikanın sayını artırmaqla 2016-ci ilin sonunadək xarici sərhədlərin mühafizəsini yaxşılaşdırmaq mümkün olacaq