Mosul və Raqqada İŞİD-in əlində əsir saxlanılan 70 yezidi kürd əsilli İraq vətəndaşı İraq Kürd Muxtar Vilayətinin xüsusi əməliyyat qrupu tərəfindən xilas edilib.
"Eurasia Diary" xəbər verir ki, İŞİD-in Mosula bağlı Şenqal rayonuna 2014-cü ildə təşkil etdiyi hücumda əsir alınan minlərlə yezidi kürd Mosul, Raqqa və Təlafər kimi şəhərlərə aparılıb.
İraq Kürd Muxtar Vilayəti indiyədək əsirlərin xilas edilməsinə çalışırdı. Rəsmilərin bildirdiyinə görə, İŞİD-in əlində hələ də çox sayda əsirlər var. 3 mindən çox yezidi kürdü əsirlikdən azad omasını gözləyir.