"Eurasia Diary" "TRT Haber" telekanalına istinadən xəbər verir ki, Türkiyədə dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində polis Türkiyənin 17 vilayətində əməliyyat aparır.
Belə ki, əməliyyatlarda məqsəd 73 hərbi təyyarəçinin tutulmasıdır.
Qeyd edək ki, həmin hərbçilər terror təşkilatına üzv olmaqda, həmçinin silahlı qiyamda iştirakda təqsirləndirilirlər.