"Eurasia Diary" Əl-Məyadin telekanalına istinadən xəbər verir ki, Hələbə kimyəvi hücum zamanı 1 nəfər ölüb, 30 nəfər yaralanıb.
Bazar günü terrorçular şəhərin cənub-qərbinə hücum edərkən zəhərli qazlardan istifadə ediblər.
Suriya telekanallarının verdiyi məlumata görə, son iki gün ərzində Hələbin qərbində gedən döyüşlər zamanı 38 suriyalı və 14 uşaq həlak olub. 250-dən çox sakin isə yaralanıb.