"Eurasia Diary" BBC-yə istinadən xəbər verir ki, insan haqları agentliklərinin irəli sürdüyü məruzələrə görə, Nigeriyada təhlükəsizlik qüvvələri Biafra hərəkatının 150-dən çox nümayişçilərini güllələyərək öldürüb.
Beynəlxalq Amnistiya Agentliyi qeyd edib ki, Nigeriyada müstəqillik tələb edən Biafra sakinlərinə qarşı döyüş sursatlarından istifadə edib.
Nigeriya rəsmiləri bu ittihamı inkar edərək bildirib ki, Beynəlxalq Amnistiya ve digər insan hüqquqları agentlikləri Nigeriyanın imicini ləkələməyə çalışır. Habulki Beynəlxalq Amnistisya agentliyi 200-dən çox Biafra sakinlərindən müsahibə aparıb və qırğınlarla bağlı xeyli foto və vedio əldə edib. Beynəlxalq Amnistisiya agentliyinin nümayiş etdirdiyi məruzələrdə göstərilir ki, Nigeriyada May ayı ərzində 60-dan çox nümayişçi edam olunub.
Biafra ərazisi Nigeriyanın cənub-şərqində yerləşir. Biafra sakinləri kiçik etnik millət hesab edilir. Son 50 ildə Biafra müstəqil olmaq üçün Nigeriyanın mərkəzi hökuməti ilə vətəndaş müharibəsinə daxil olub.