Qadınlara qarşı zorakılıq bütün dünyanı narahat edən problemlərdəndir. Hətta ən inkişaf etmiş ölkələrdə qadınlara qarşı zorakılığın əleyhinə mübarizə dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.
Bu gün 1999-cu ildən etibarən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə qeyd olunmağa başlayıb. Tarixin seçilməsi isə 1960-cı il noyabrın 25-də Dominikanda diktator rejiminə qarşı mübarizə aparan Mirabal bacılarının edam olunması ilə bağlıdır.
BMT-nin açıqlamasına görə, bu gün dünyada orta hesabla hər üç qadından biri fiziki və ya cinsi zorakılıqla üzləşir