İspaniyanın "Real" (Madrid) futbol klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldo sevgilisi Georgina Rodrigez ilə evlənməyə qərar verib.
Türkiyə NTV kanalının verdiyi xəbərə görə, futbolçunu belə ani qərar verməyə vadar edən anası olub.
31 yaşlı ulduz futbolçunun 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatından öncə evlənməyi düşündüyü açıqlanıb.
Ronaldonun, sevgilisi Georginadan çoxlu uşaq istədiyi də bildirilib.