İspaniya La Liqasının 25-ci turunda "Las Palmas"la 3:3 bitən oyun "Real" üçün əlamətdar olub.
Madrid klubu bu görüşdə xal itirməsinə rəğmən, yeni rekord müəyyənləşdirib.
"Real" bu matçda ardıcıl 45-ci matçda rəqib qapısına yol tapmağa müvəffəq olub.
Bununla Zinəddin Zidanın komandası 1942-1944-cü illərdə ardıcıl 44 qarşılaşmada meydanı qolsuz tərk etməyən əzəli rəqibi “Barselona”nın rekordunu yeniləyib.(publika.az)