İngiltərə Premyer Liqasında XXVIII turdan təxirə salınmış 3 oyun keçirilib. Londonda “Arsenal” “Lester”i qəbul edib.
Görüş londonluların minimalhesablı qələbəsi ilə başa çatıb.
“Midlsbro” doğma meydanda “Sanderlend”in qapısına 1 qol vurub.
Çempionluq uğrunda mübarizəni davam etdirən “Tottenhem” isə son oyunlarda yaxşı təsir bağışlayan, ötən turda səfərdə “Liverpul”u məlub etmiş (2:1) “Kristal Pelas”ı xalsız qoyub - 1:0.
Dünən isə daha bir təxirə salınmış matç baş tutub. XXVI turda keçirilməli olan derbidə “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib. Matçda qalib müəyyənləşməyib.