Bu gün Bakıda Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarında idman gimnastikası yarışlarının komanda hesabında qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə medalları kişilərdən ibarət komandalara Beynəlxalq Gimnastika Federasiyasının (FIG) prezidenti Morinari Vatanabe, qadınlardan ibarət komandalara isə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov təqdim edib.
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət yığması qızıl, kişilərdən ibarət komandası isə gümüş medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.