Türkiyə Super Liqasında 8-ci tura start verilib.
Turun ilk oyununda “Beşiktaş” səfərdə “Gənclərbirliyi” ilə qarşılaşıb. Üç qolun vurulduğu matç "qara qartallar"ın gözlənilməz məğlubiyyəti ilə başa çatıb.
Lider “Qalatasaray” ikinci oyun günündə “Konyaspor”un qonağı olub və inamlı qələbəyə sevinib. Günün digər oyunlarında "Karabükspor" doğma meydanda "Kayserispor"a, "Başakşəhər" isə "Alanyaspor"a qalib gəlib. "Göztəpə" də səfərdə "Antalyaspor"u məğlub edib.
Türkiyə Super Liqası, 8-ci tur
13 oktyabr
Gənclərbirliyi - Beşiktaş 2:1
Qol: Muriqi, 16. Şçekiç, 73 - C.Tosun, 87-pen.
14 oktyabr
Karabükspor - Kayserispor 1:0
Qol: Torye, 77.
Antalyaspor - Göztəpə 1:3
Qol: Maykon, 27 - Yahoviç, 8; 19. Şişmanoğlu, 90.
Başakşəhər - Alanyaspor 2:1
Qol: Əmrə, 18. Adebayor, 56 - Akbaba, 10.
Konyaspor - Qalatasaray 0:2
Qol: Qomis, 54; 77-pen.
15 oktyabr
15:00 Kasımpaşa - Sivasspor
17:30 Trabzonspor - Akhisar
20:30 Fənərbaxça - Yeni Malatyaspor
16 oktyabr
21:00 Bursaspor - Osmanlıspor