2-3 dekabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku davam edir.
Yarışların ilk günündə körpücük üzərinə son olaraq çəkisi 69 kq olan kişilər çıxıblar.
Qızıl medalı toplam 262 kq (120+142) nəticə göstərən Paşa İbrahimli əldə edib. Sonrakı pilllərləri 260 kq-la Füqan Əliyev və 244 kq-la İsmayıl Baxışov tutublar.(report)