Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti və qadınlardan ibarət yığmanın baş məşqçisi Faiq Qarayev Beynəlxalq Olimpiya Komitəsinin mükafatına layiq görülüb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, baş məşqçi qadın idmanının inkişafında göstərdiyi xidmətlərə görə təltif edilib.