Çempionlar Liqası çərçivəsində keçirilən "Yuventus" - "Real Madrid" matçının aparıcı oyunçusu sözsüz ki, Kriştianu Ronaldu idi.
Oyunun 2-ci dəqiqəsində hesabı açan portuqal ulduz 63-cü dəqiqə də turun ən gözəl qolunu öz adına yazdırmağı bacarıb.
Dani Karvahalın ötürməsini akrobatik zərbə ilə topu özü üzərindən Buffonun qoruduğu qapıdan keçirən Ronaldu bu qolu vurmaq üçün oyundan öncədə məşq edirmiş.
Kriştianu sanki bu cür zərbə ilə Buffonu məğlub edəcəyini əvvəlcədən bilirdi.
Həmin hazırlıq vaxtından olan görüntünü təqdim edirik: