Dünya futbolunda bir ilk yaşanıb.
Bundesliqa çərçivəsində “Mainz” – “Freiburq” komandaları arasında keçirilən matçda Video Hakim Sistemi (VAR) qəribə qərar qəbul edib.
Belə ki, matçın ilk yarısı bitib və komandalar soyunma otağına doğru gedib. Lakin son saniyələrdə Video Hakim Sistemi oyunda əllə topa müdaxilə oldunduğunu bildirərək penalti qərarı verib. Ancaq “Freiburq” komandası artıq soyunma otağında olduğundan baş hakim və “Mainz” digər komandanın meydançaya geri qayıtmasını gözləyib.
Matç davam edib və “Mainz” penalti zərbəsini qola çevirib.