İstanbulda karate üzrə doqquzuncu şotokan dünya çempionatı keçirilib.
“Şobu İppon”, “WKF kumite” və “sambom kumite” versiyaları üzrə keçirilən yarışda 31 ölkənin idmançıları iştirak ediblər.
Məşqçilər Əli Rəcəbov və Orxan Şabanovun rəhbərliyi ilə ölkəmizi təmsil edən “Qaraqaplan” klubunun idmançıları Mədinə Kazımova (25 kq-dan yuxarı) və Yusif Cəfərov (30 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər təmsilçimiz Orxan Musayev isə komanda kumite yarışlarında birinci olub.