Rusiyalı milyarder Roman Abramoviç “Çelsi” futbol klubunu Britaniyanın ən varlı adamı olan Cimmi Ratklifə satmaqdan imtina edib.
Bu barədə məlumatı “Deyli Meyil” qəzeti yayıb. Qəzet Ratklifin Abromoviçə etdiyi təklifin rus milyarder tərəfindən dərhal rədd edildiyini bildirib.
Qeyd edək ki, Ratklif 21,05 milyard funt sterlinq sərvətə sahibdir. O, “Mançester Yunayted” futbol klubunun azarkeşi olsa da, tez-tez “Çelsi”nin oyunlarına gedir.