İspaniyanın “Real Madrid” klubu yayda iki ulduzu ilə vidalaşacaq.
Eurasia Diary xəbər verir ki, Marselo və İsko "Kral Klubu"ndan göndəriləcək.
Klub rəhbərliyi bu futbolçuları sataraq yeni transferlər üçün büdcə əldə etmək istəyir.
Səbəb isə Marselo və İskonun əsas heyətdəki mövqeyini itirməsidir. Belə ki, İsko baş məşqçi Santyaqo Solari ilə yola getmir. Marselo isə rejimə əməl etmir və kökəlir.
Qeyd edək ki, "Yuventus"a transfer olan Kriştiano Ronaldonun Marselonu yanına aparmaq istədiyi ilə bağlı müxtəlif iddialar gəzir.