"Barselona"nın sabiq kapitanı Karles Puyol Jerar Pikeni dünyanın ən yaxşı müdafiəçisi hesab edir.
Eurasia Diary qol.az-a istinadən xəbər verir ki, veteran futbolçu bu barədə "Marca" nəşrinə müsahibəsində deyib. O bildirib ki, Pike hətta özündən də güclü futbolçudur:
"Hazırda dünyanın ən yaxşı müdafiəçisi, heç şübhəsiz, Pikedir. O, Ramosdan, hətta məndən də güclü futbolçudur. Jerar "Barselona"nın aparıcı üzvlərindən biri, lideridir. Pike əsl fenomen və əla dostdur".
Qeyd edək ki, Puyol 1999-2014-cü illərdə "Barselona"nın formasını geyinib.