UEFA Avropa Liqasının dörddəbir final mərhələsinin ilk oyunları baş tutub.
Gecənin prinsipial oyunları arasında "Arsenal" doğma meydanda "Napoli" ilə oyunu göstərilə bilər.
Londonda keçirilən matçın ilk hissəsində artıq "Arsenal" Aron Remzinin vurduğu qol və Kulibalinin avto qolu ilə irəli keçib.
Bundan sonra oyunda başqa qol olmayıb. Beləliklə "topçular" cavab oyununa üstünlüklə yollanıb.
Günün ən çox qol vurulan matçı Portuqaliyada olub. "Benfika" Alman qartalı "Frankfurt"u qəbul edib. İlk hissədə vurulan 3 qol ilə yanaşı "Frankfurt"un heyətində Diçka qırmızı vərəqə alıb. 6 qol vurulan matç "Benfika"nın 4-2 hesablı qələbəsi ilə yekunlaşıb.
İspanların duelində hissə son dəqiqəyə qədər 1-1 hesabı mövcud olsa da 90-cı dəqiqədə "Valensiya"nın vurduğu 2 qol səfərdə oynayan komandaya böyük üstünlük qazandırıb. Vilyareal 1-3 Valensiya
"Çelsi" isə Çexiya səfərində "Slaviya Praqa"nın qapısından 1 top keçirə bilib. Yeganə qolu 86-cı dəqiqədə Markos Alonso vurub.
Xatırladaq ki, cavab oyunları 18 Aprel tarixində keçiriləcək.