UEFA Çempionlar Liqasının finalına saatlar qalıb - Mövsümün qalibi kim olacaq? - VİDEO | Eurasia Diary - ednews.net

20 İyun, Cümə axşamı


UEFA Çempionlar Liqasının finalına saatlar qalıb - Mövsümün qalibi kim olacaq? - VİDEO

İdman A- A A+

İyunun 1-də UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşəcək.

Eurasia Diary xəbər verir ki, final qarşılaşması İspaniyanın paytaxtı Madrid şəhərindəki “Vanda Metropolitano” stadionunda iki ingilis klubu – “Tottenhem Hotspur” və “ Liverpul” arasında oynanılacaq.

Görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakimi Damir Skomina olacaq.

Qeyd edək ki, bu turnirin sonuncu qalibi İspaniyanın “Real Madrid” klubu olub.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...