ABŞ-ın Merilend ştatının Okson-Hill şəhərində Subriel Matiasla görüşdən sonra vəfat edən Rusiya boksçusu Maksim Dadaşov Rusiyanın Sankt-Peterburq şəhərində dəfn edilib.
Eurasia Diary-nin məlumatına görə, “TASS” xəbər agentliyi bildirir ki, mərhum, müsəlman adətlərinə uyğun olaraq, Peterqofsk məzarlığında müsəlmanlar üçün ayrılan yerdə torpağa tapşırılıb.
Dəfn mərasimində idmançının doğmaları, Sankt-Peterburq şəhər Boks Federasiyasının rəhbərliyi, Rusiya Boks Federasiyasının nümayəndələri, veteranlar, məşqçilər, idmançılar, eləcə də Dağıstan Respublikasından olan nümayəndələr iştirak ediblər.(qafqazinfo)