Türkiyənin “Beşiktaş” klubu erməni əsilli oyunçu Araz Ozbilislə müqaviləyə son verib.
Eurasia Diary xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, tərəflər arasında razılaşmaya əsasən, Ozbilisə 2,25 milyon avro kompensasiya ödəniləcək.
Araz Ozbilis 2016-cı ildə “Spartak”dan “Beşiktaş”a transfer olub. Bu müddət ərzində o cəmi 5 matçda çıxış edib.