Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Millimizin sabiq baş məşqçisi xəstəxanada vəfat edib

İdman A- A A+

Futzal millimizin sabiq braziliyalı baş məşqçisi Milton Luiz Ziler Junior vəfat edib.

Braziliyanın "Globo Esporte" saytı xəbər verir ki, Miltinyo kimi tanınan məşqçi ötən həftə insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilib.

Lakin 57 yaşlı mütəxəssis çərşənbə günü xəstəxanada ölüb.

 

Qeyd edək ki, Miltinyo 2016-cı ilin mayında yığmamıza baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında futzal millimiz Kolumbiyada keçirilən dünya çempionatında ilk dəfə mübarizə aparıb. Komandamız həmin mundialda uğurla çıxış edərək 1/4 finaladək irəliləyib.

2017-ci ilin yanvarında Miltinyo ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...