2018/19 mövsümünün ən yaxşı hücumçusu bəlli olub.
Eurasia Diary xəbər verir ki, bu ada “Barselona”nın kapitanı Lionel Messi layiq görülüb.
O, Çempionlar Liqasının Monakoda keçirilən qrup mərhələsinin püşkatmasında mükafatlandırıb. Argentinalı hücumçu "Mançester Siti"li Sadio Mane ilə "Yuventus"lu Kriştianu Ronaldonu üstələyib.
Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı “Liverpul”lu Alisson Bekker, müdafiəçisi onun komanda yoldaşı Vircil van Dayk, yarımmüdafiəçisi ötən ili “Ayaks”da keçirən, hazırda Messi ilə “Barselona”da komanda yoldaşı olan Frenki de Yonq seçilib.