Həbibə məğlub olan Dastin Porye kövrəldi - VİDEO | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Həbibə məğlub olan Dastin Porye kövrəldi - VİDEO

İdman A- A A+

Amerikalı idmançı Dastin Porye Əbu-Dabidə keçirilən UFC 242 turnirində Həbib Nurməhəmmədova məğlub olduqdan sonra döyüş haqqında təəssüratlarını bölüşüb.

Eurasia Diary “Report”a istinadla xəbər verir ki, Porye Həbibin onu küncə sıxmasına imkan verməsindən təəssüfləndiyini bildirib:

"Mən çətin döyüş olacağını dərk edirdim. Təəssüf ki, küncə sıxılmağıma imkan verdim. Mən bu döyüşə çoxdan hazırlaşırdım. Özümə inanırdım, amma bu nəticədən çox məyus oldum. Belə anlarda əlinizdə olanlara şükür etməlisiniz. İndi evə qayıdacağam və ailəmlə vaxt keçirəcəyəm".


Dastin Porye müsahibə zamanı göz yaşlarını saxlaya bilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...