Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə 14 sentyabr 2019-cu il tarixində Xırdalan şəhərində yerləşən Abşeron Olimpiya Kompleksində “2019-cu il Taekvondo üzrə gənclər arasında V Səfir Kuboku”nun keçirilməsi planlaşdırır.
Bu barədə Eurasia Diary-ə Cənubi Koreyanın Bakıdakı səfirliyindən bildiriblər.
Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı, Azərbaycan Olimpiya Komitəsinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən builki tədbirdə 150-yə yaxın Azərbaycanlı gənc qız və oğlan taekvondoçular 10 çəki kateqoriyası üzrə mübarizə aparacaq və qaliblərə hədiyyə və diplomlar təqdim olunacaq.
Builki qaliblərdən 4 nəfərin noyabr ayında Koreyada keçiriləcək “Səfir Kuboku Dünya Birinciliyi” yarışında iştirak etmək üçün namizədliyi irəli sürüləcək.
2015-ci ildən bəri səfirlik tərəfindən hər il təşkil edilən Səfir Kubokunon əsas məqsədi Azərbaycanda və bölgələrdə taekvondonun təbliğ edilməsi və Azərbaycan ilə Koreya arasında idman sahəsində əlaqələrin inkişaf etdirilməsidir.