Hacı Əliyev uduzduruldu - Üçqat dünya çempionu ilə hakimlər arasında qalmaqal - VİDEO | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Hacı Əliyev uduzduruldu - Üçqat dünya çempionu ilə hakimlər arasında qalmaqal - VİDEO

İdman A- A A+

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçimiz Hacı Əliyevin ilk görüşdə məğlub olması barədə xəbər vermişdik.

Eurasia Diary xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya çempionumuz rusiyalı Hacımurad Rəşidova məğlubiyyətini haqsız sayıb.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib - 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb - 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfinin etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalı silinib. Nəticədə hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub - 2:4. 

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf atıb. Güləşçimiz daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Hakimlər qırmızı vərəqə göstərərək onu yarışdan kənarlaşdırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...