FİFA-nın 2019-cu ilin ən yaxşılarını seçməsi ilə bağlı sorğuda xoşagəlməz hadisə yaşanıb.
Eurasia Diary-nin məlumatına görə, milli komandaların kapitanları və baş məşqçiləri, həmçinin jurnalistlərin qatıldığı səsvermə zamanı saxtakarlıq aşkarlanıb.
Nikaraqua yığmasının kapitanı Xuan Barreranın səsi düzgün hesablanmayıb. FİFA futbolçunun 1-ci yeri Lionel Messiyə, 2-ci sıranı Sadio Mane, 3-cü pilləni Kriştiuanu Ronaldoya verdiyini qeydə alıb.
Amma X.Barrera Lionel Messiyə səs vermədiyini açıqlayıb: “Mən “Ən yaxşı” mükafatı üçün sorğuda Messiyə səs verməmişəm”.
Qeyd edək ki, argentinalı futbolçu digər iki namizəd Vircil van Deyk və Kriştianu Ronaldonu qabaqlayaraq ilin ən yaxşısı seçilib. L.Messinin