İspaniya La Liqasının 9-cu turunda "Eybar" öz evində "Barselona"nı qəbul edib.
Eurasia Diary xəbər verir ki, "Barsa" səfər oyununda əzmkar qələbə qazanıb.
Hesabı matçın 13-cü dəqiqəsində Antuan Qrizman açıb. Oyunun 58-ci dəqiqəsində Lionel Messi katalonların 2-ci qolunu vurub. 66-cı dəqiqədə Messinin ötürməsini Luis Suarez qola çevirib və matç "Barselona"nın 0-3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Barselona" bu mövsüm La Liqada 6-cı qələbəsini qazanıb və hazırda 19 xalla turnir cədvəlinin lideridir.