Hollandiyanın “Feyenoord” klubunun baş məşqçisi Yap Stam istefa verib.
Eurasia Diary xəbər verir ki, 46 yaşlı mütəxəssis komandanın uğursuz çıxışlarından sonra buna qərar verib.
Hollandiyalı mütəxəssis 2019-cu ilin iyununda Covanni van Bronxorstu əvəzinə bu posta baş məşqçi təyin edilmişdi.
“Feyenoord” Erediviziyada 11 oyuna 14 xal toplayıb. (qafqazinfo.az)