Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hazırlıq planı müəyyənləşib.
Eurasia Diary-nin məlumatına görə, milli komanda iki təlim-məşq toplanışı keçirəcək.
Yığma noyabrın 6-dan 9-dək Bakıda, noyabrın 10-dan 20-dək isə Yunanıstanın Patra şəhərində hazırlaşacaq, ardınca rəsmi oyunlara çıxacaq. Bakıdakı toplanışın ilk günündə komanda üzvlərinin iştirakı ilə Qobustan Milli Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunacaq.(apa.az)