"Futbol mafiyası olmasaydı, oğlumun daha çox "Qızıl top"u olardı" - Ronaldunun anası | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


"Futbol mafiyası olmasaydı, oğlumun daha çox "Qızıl top"u olardı" - Ronaldunun anası

İdman A- A A+

"Futbol mafiyası olmasaydı, oğlumun daha çox "Qızıl top"u olardı".

Eurasia Diary-nin "Report"a istinadla məlumatına görə, bunu İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun anası Doloreş Aveyru "SIC Noticias"a açıqlamasında deyib. Aveyru bildirib ki, Ronaldu ispaniyalı və ya ingiltərəli olsaydı, onunla belə davranmazdılar: "Bu, oğlumun portuqaliyalı olması üzündən baş verir. Kriştianunun bu il "Qızıl top" alıb-almayacağını bilmirəm. Amma buna inanıram".

Bu mövsüm Ronaldu İtaliya A Seriyasında 8 oyuna 5 qol vurub və 1 məhsuldar ötürmə verib. O, indiyədək 5 dəfə "Qızıl top" əldə edib. Eyni sayda nailiyyətə İspaniya "Barselona"sından Lionel Messi də imza atıb. 2018-ci ildə bu mükafatı "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...