Fransa məhkəməsi PSJ-nin futbolçusu Neymarla bağlı qərarı açıqlayıb.
Eurasia Diary qol.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçu ölkə kubokunun finalında "Renn"lə matçdan sonra azarkeşi vurduğu üçün cəzalandırılmayıb. Ona etdiyi hərəkətə görə yazılı xəbərdarlıq göndərilib.
Qeyd edək ki, Neymar görüşdən sonra mükafatlandırma mərasimi zamanı onu təhqir edən azarkeşi vurub. Həmin azarkeş məhkəməyə oyunçudan şikayət edib.
Xatırladaq ki, Fransa Futbol Federasiyası Neymarı bu hərəkətinə görə üç oyunluq cəzalandırmışdı.