"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda olacaq | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


"Qarabağ" - "Düdelanj" matçının biletləri sabahdan satışda olacaq

İdman A- A A+
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Lüksemburq "Düdelanj"ına qarşı keçirəcəyi ev oyununun biletləri noyabrın 19-dan satışa çıxarılacaq.
 
Eurasia Diary-nin məlumatına görə, sabah saat 12:00-dan satışda olacaq biletlərə sektorlar üzrə 2 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat qiymət qoyulub.
 
Onları "Park Bulvar"dakı "Qarabağ FK" fan-şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassaları, Gənclik Mall və 28 Mallda "iTicket" satış məntəqələrindən, "ASAN Sumqayıt" və onlayn olaraq iTicket.az-dan almaq mümkündür.
 
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:55-də başlanacaq. (report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...