Mxitaryan sualdan yayındı UEFA-nı ittiham etdi

İdman 11:08 19.11.2019

Hazırda İtaliya "Roma"sında çıxış edən İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryan UEFA-dan özü üçün əlavə imtiyaz istəyib.

Eurasia Diary-nin məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi "For For Two" nəşrinə müsahibəsində Azərbaycana səfər edə bilməməsinin günahını Avropa futbol qurumunun üzərinə yıxmağa çalışıb. Onun fikrincə, məhz özünün iştirak edə bilməsi üçün "Çelsi" ilə Avropa Liqasının final oyununun yerini dəyişmək də olardı: "UEFA-nın mənə kömək edə bilməsi üçün yeganə yol final matçının yerini yenidən müzakirə etmək olardı. Komanda və ya oyunçunun siyasi baxımdan yaxşı münasibətlərin olmadığı ölkəyə gedə bilməsi üçün az ehtimal varsa, ən yaxşısı ora oyun salmamaqdır. Məsələn, Rusiya klubu Çempionlar Liqasında finala çıxsaydı və həlledici oyun Ukraynada keçirilsəydi, getmələri çox çətin olardı. Mən həyatımın ən vacib hadisələrindən birini buraxmalı oldum. Çünki bəzi insanlar bu məsələni müzakirə etmədilər".

Bakı Olimpiya Stadionundakı final oyununda "Çelsi" 4:1 hesabı ilə qalib gəlib. Mxitaryan oyunu evdən izləyərək, "Arsenal"a kömək edə bilməməsindən məyusluq hissi keçirdiyini söyləyib: "Bu, mənim üçün ikinci Avropa Liqası finalı idi. Təsəvvür edin, həyatında heç vaxt final həyəcanı yaşamamış oyunçu belə imkan qazanır, amma siyasi problemlər onun matça gedişinə mane olur. Bu, çox ağrılıdır. Demirəm ki, 1:4 hesabı ilə uduzduğumuz oyunun nəticəsini dəyişərdim. Amma çox pis olmuşdum. Oyuna evdə baxır və kömək edə bilmirdim. İstəmirəm ki, bu, digər oyunçularla da baş versin".

Mxitaryan jurnalistin Azərbaycan hökumətinin təhlükəsizlik təminatı verdiyini xatırlatdıqda razılığın yalnız Avropa Liqasının final matçı ilə əlaqədar olduğunu iddia edib: "Azərbaycan komandasına qarşı klubum ilk dəfə oynamırdı. Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış etdiyim vaxt "Qəbələ" ilə, "Arsenal"ın heyətində isə "Qarabağ"la səfər qarşılaşmasından kənarda qalmışdım. Bu iki oyun üçün Azərbaycanla getməyimə heç vaxt razılıq olmamışdı. Amma Avropa Liqasının finalında belə bir razılığın olduğunu bildirdilər. Amma mən bu barədə danışmağı sevmirəm. Çünki çox şey var ki, insanlar anlaya bilmirlər. Futbol oynaya bilmədiyim üçün çox məyusam".

Erməni futbolçu "Məgər "Qəbələ" və "Qarabağ"la oyunlara getməyinizə icazə verilməmişdi" sualını isə cavablandırmayıb: "Gəlin, bu barədə danışmayaq". (report)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı