Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının 2019/2020 mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.
Eurasia Diary Oxu.Az'a istinadən xəbər verir ki, Ağdam klubu sonuncu turda Lüksemburq “Düdelanj”ı ilə görüşəcək.
Klubumuzun yer aldığı E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla birinci, Kipr APOEL-i isə yeddi xalla ikinci yeri təmin edib və bununla da pley-off mərhələsinə vəsiqə qazanıb. Buna görə Bakıdakı qarşılaşma formal xarakter daşıyır.